Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Unikal.org  xəbər verir ki, turun son matçı "Qarabağ" komandası ilə "Keşlə" arasında baş tutub. "ASK Arena"da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 43-ə çatdıran Ağdam təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib. "Keşlə" klubu isə 18 xalla 8-ci pillədə qərarlaşıb.