Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu baş tutub.

Unikal.org  xəbər verir ki, çempionluğa iddialı olan "Neftçi" klubu öz meydanında "Sumqayıt" komandasını qəbul edib. "Bakcell Arena"da keçirilən görüş Sumqayıt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayı 29-a çatdıran "Sumqayıt" turnir cədvəlində 4-cü yerdədir. "Neftçi" isə 42 xalla hələlik birincidir.

Qeyd edək ki, günün digər oyunun "Sabah" klubu "Qəbələ"ni qəbul edir. Tura "Keşlə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.