Azərbaycanda COVID-19 virusuna yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, ölkədə son sutka ərzində 12 210, hazırkı dövrədək isə 2 928 955 test aparılıb.