Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Şəkinin Vərəzət kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəki sakini Vüqar Cəlilovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 27 yaşlı Şahmar Mustafayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.