Gürcüstanda ötən sutkada daha 580 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 215 nəfər müalicə olunaraq sağalıb, 6 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 283 369 nəfər yoluxub. Onların 274 145-i sağalıb, 3 804-ü isə dünyasını dəyişib.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyən edilməsi üçün 29 729 test yoxlaması aparılıb.