ABŞ-da 46 yaşlı qaradərili vətəndaş Corc Floydun polislər tərəfindən öldürülməsi işi üzrə məhkəmə prosesi davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son iclasda şahid ifadələri dinlənilib. Minnepolis ştatının cinayət-axtarış departamentinin rəhbəri Riçard Zimmerman danışıb.

"Corc Floydun hərəkətlərində polislərin təhlükəsizliyinə qarşı heç bir təhdid yox idi. Amma polislər ona qarşı ölümcül güc tətbiq etdilər", - deyə şahid söyləyib.

Qeyd edək ki, C.Floyd 2020-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılarkən polislərdən biri onu yerə yıxaraq öz dizini onun boynuna qoymuşdu. 9 dəqiqə 29 saniyə "Nəfəs ala bilmirəm" deyərək yalvaran Floyd huşunu itirmişdi. Daha sonra əstəxanaya aparılsa da, qaradərili vətəndaş orada dünyasını dəyişmişdi.

Hadisə irqi ayrıseçkilik zəminində qiymətləndirilib və dünya miqyasında böyük etiraz doğurub.