Ermənistanın sabiq müdafiə naziri, Xocalı soyqırımının törədilməsində aktiv iştirak etmiş hərbçi Seyran Ohanyan keçiriləcək erkən parlament seçkilərinə qatılmaqdan danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ohanyan seçkilərə hansı siyasi qüvvə ilə gedə biləcəyini açıqlayıb.

"Əgər Robert Koçaryan məni komandasına daxil olmağa və birgə seçkilərdə iştiraka dəvət etsə, bu dəvəti qəbul edərəm. Seçkilərə Koçaryanın komandasında qatıla bilərəm. Ona böyük hörmətim var. Ümumiyyətlə, mən bu seçkilərdə Koçaryanı dəstəkləyəcəyəm", - deyə Ohanyan söyləyib.