Qazax rayonunda inzibati binada yanğın hadisəsi olub.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində ikimərtəbəli inzibati binanın xarici divarına quraşdırılan elektrik sayğacının çıxış kabeli 2 p.m yanıb. Elektrik sayğacı və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.