2021-ci ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz artaraq 647,319 milyon dollar olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

Bildiriib ki, cari ilin mart ayında 248 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edilib. Bu da 2020-ci illə müqayisədə 47,6 faiz çoxdur.

Ümumilikdə son 12 ayda Türkiyə 2,444 milyard dollar dəyərində müdafiə sənayesi məhsulu ixrac edib.