Ukrayna ABŞ-ın müxtəlif səviyyələrdə dəstəyini yüksək qiymətləndirir.

Unikal.org xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığından sonra Tvitter hesabında yazıb.

Baydenlə danışdığına şad olduğunu deyən Zelenski vurğulayıb ki, Amerika ilə tərəfdaşlıq ukraynalılar üçün böyük əhəmiyyət daşıyır.

“Demokratiyanı qorumaq məsələsində çiyin-çiyinə dayanmışıq. Mən Ukraynada islahatların aparılması, şəffaflığın artırılması və sülhə nail olunması məsələlələrinə ciddi köklənmişəm”.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Co Bayden ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.