ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb.

Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Məlumata görə, hadisə zamanı iki zabit və hadisəni törədən sürücü xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Yerli televiziya isə bir nəfərin güllələndiyini bildirib.

"Şübhəli şəxs həbs edilib. İki zabit xəsarət alıb. Hər üç şəxs xəstəxanaya çatdırılıb", - deyə Kapitoli polisi özünün tvitterdəki səhifəsində bildirib.

“Reuters” agentliyi isə mənbəyə istinadən qeyd edib ki, Kapitolinin giriş-çıxışı təhlükəsizlik tədbirləri səbəbindən bağlanıb.

Öz növbəsində MSNBC telekanalı isə Kapitolinin qarşısında atışmanın olduğunu xəbər verib. Telekanal bildirib ki, hadisə zamanı xəsarət alan var. "Kapitolinin binası qarşısında azı 1 nəfəri güllələyiblər", - deyə telekanal xilasedicilərə istinadən məlumat yayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.