2021-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-cu ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin(EPDK) məlumatında bildirilib.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,675 milyard, Azərbaycandan 1,119 milyard, İrandan 714 milyon kubmetr təşkil edib.

Yanvarda Rusiyadan Türkiyəyə qaz ixracı 21,044 faiz, İrandan isə 1,4 faiz artıb.

2021-ci ilin yanvarında Türkiyə 4,508 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 1,585 milyard kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alınıb