Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Qarabağdakı son müharibənin sonlanmasından danışıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ayvazyan müharibənin Rusiyanın səyləri sayəsində dayandığını bildirib.

"Ola bilər ki, indi bəziləri bunu bəyənməsin. Amma Qarabağda müharibə Rusiyanın səyləri sayəsində dayandırılıb. Əgər bu olmasaydı, müharibə davam etsəydi, tam başqa situasiya yarana bilərdi. Rusiya Ermənistanın strateji tərəfdaşıdır və təhlükəsizliyinin qarantıdır", - deyə Ayvazyan bəyan edib.

Ayvazyan həmçinin həmsədrlərin fəaliyyətini uğursuz adlandırıb.