Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şərəli Kəbirlə görüş keçirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş Çavuşoğlunun Tacikistana səfəri çərçivəsində gerçəkləşdirilib.

Görüşdə ikitərəfli münasibətlər və müxtəlif mövzular müzakirə edilib.