Ukrayna XİN başçısının müavini Vasili Bodnar Türkiyə-Ukrayna münasibətlərini dəyərləndirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, diplomat bu barədə "Anadolu" agentliyinə müsahibə verib. V.Bodnar Türkiyəni etibarlı və önəmli strateji tərəfdaş adlandırıb.

"Türkiyə Ukrayna üçün sadəcə bir qonşu deyil. Bölgədə güvənə biləcəyimiz dost ölkədir. Bu il strateji tərəfdaşlığımızın 10-cu ilini geridə qoyuruq. Düşünürəm ki, bundan sonra da müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcəyik. Ölkə liderləri arasında dialoqun olması olduqca önəmlidir. Türkiyə Ukrayna üçün həm də bir NATO ölkəsi kimi böyük əhəmiyyət daşıyır", - deyə Bodnar bəyan edib.