"Vladimir Putinin Nikol Paşinyanla dərhal danışığa başlaması önəmli deyil".

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Paşinyanın istefa qərarına münasibət bildirən zaman söyləyib.

"Nikol Paşinyanın apreldə istefa verəcəyini qərar verməsi Vladimir Putinlə dərhal görüş keçirilməsini şərtləndirmir. Liderlər arasında təmaslar davam edir. Görüşlə bağlı açıqlanan məlumatın müzakirəsinə gərək yoxdur", - deyə Peskov bəyan edib.

Qeyd edək ki, 7 apreldə Nikol Paşinyanın Moskvaya səfər edəcəyi və Putinlə görüşəcəyi haqqında məlumat yayılmışdı.