Çexiyanın ən varlı iş adamı Petr Kellner ABŞ-ın Alyaska ştatında baş vermiş helikopter qəzasında həlak olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün baş verən qəzada daha 5 nəfər həyatını  itirib.  

Qəzanın baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırma aparılır.

Amerikanın “Forbes” maliyyə jurnalının məlumatına görə, Peter Kellnerin sərvətinin 17,5 milyard dollar olduğu təxmin edilir. 56 yaşlı milyarder “PPF Group” və “Home Credit” bankının sahibi idi.