Gürcüstanda son sutkada koronavirusa 171 yeni yoluxma faktı təsdiqlənib, 382 nəfər sağalaraq evə buraxılıb, 14 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 280 472 nəfər yoluxub ki, onların da 272 601-i sağalıb, 3 765-i isə dünyasını dəyişib.

Son 24 saat ərzində 14 298 test yoxlaması aparılıb.