"10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının artıq 22 rezidenti var, onlardan 16-sı fəaliyyət göstərir".

Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

"Yaşıl iqtisadiyyat” prinsipləri ilə fəaliyyət göstərən parkda təkrar emal və 0 tullantı prinsipi ilə işləyən müəssisələrə üstünlük verilir", - deyə nazir qeyd edib.