Misirin paytaxtı Qahirədə onmərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 24 sakin xəsarət alıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, qəzadan iki gün öncə binada çatlar əmələ gəlmişdi. Məlumata görə, binanın ilk üç mərtəbədə tikiş fabriki və parça anbarı yerləşib.

Qeyd olunub ki, binada 100-dən çox insan yaşayırmış. Ətrafdakı binaların vəziyyətini yoxlamaq üçün komissiya yaradılıb. Misirin baş prokuroru isə öz növbəsində, insidentin səbəbinin təcili təhqiq edilməsini tapşırıb.