Venesuela müxalifətinin lideri Xuan Quaido koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə siyasətçi “Tvitter” hesabında yazıb. Özünü təcrid edən Quaido ölkədə vurusa yoluxma sayının artmasından narahatlığını ifadə edib.

"Tam məsuliyyətimlə məlumat vermək istəyirəm ki, dörd gün karantində olduqdan sonra COVID-19 üçün testim müsbət oldu", - Quaido vurğulayıb.