Ukrayna yay vaxtına keçib.

Unikal.org xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin qərarı ilə martın son bazar günündə – ayın 28-də gecə saat 03:00-da saatların əqrəbləri bir saat irəli çəkilib. Bununla da Azərbaycanla Ukrayna arasında vaxt fərqi bir saata enib.

Qeyd edək ki, Ukraynada ildə iki dəfə mövsümi saat dəyişikliyi olurdu. Ukraynada ilk dəfə saatın əqrəbi 1981-ci ildə 1 saat irəli çəkilib.