İranda koronavirusa yoluxma halları artdığı üçün 67 şəhərə gediş-gəliş qadağan olunub.

Unikal.org xəbər verir ki, İranın Koronavirusla Mübarizə Qərargahının sözçüsü Əlirza Rəisi deyib ki, bu qərara “qırmızı” və “narıncı” bölgələrin  sayı artdığı üçün qəbul edilib: "Ötən gün daha 23 şəhər “qırmızı”, 44 şəhər isə “narıncı” olub. Novruz bayramında səfərlərin artması və karantin qaydalarına riayət olunmaması virusa yoluxma hallarının artmasına səbəb olub".