İtaliyada 5.5 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Geoloji Xidmətin yaydığı məlumata görə, yerin 10 kilometrliyində qeydə alınan yeraltı təkanların episentri təxminən 4 min nəfər əhalisi olan Pesçiçi kommunasının 55 km şimalında yerləşir. Bildirilib ki, zəlzələ Adriatik dənizinin İtaliyaya aid hissəsində baş verib.