Son 16 ay ərzində Türkiyənin İzmir Baş Prokurorluğu tərəfindən ölkənin Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində keçirilən əməliyyatlarda 980 nəfər həbs edilib.

Unikal.org xəbər verir ki, 2019-cu ilin noyabr ayından etibarən İzmir Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 2298 şübhəlinin saxlanılmasına qərar verilib. Onlardan 1755-i fəaliyyətdə olan hərbiçilər olub. Saxlanılan bu şəxslərdən 980-i həbs edilib. Onlardan 311-i FETÖ ilə əməkdaşlıq etdiklərini etiraf ediblər.

Bu əməliyyatlar İzmir Baş Prokurorluğu, Türkiyənin Milli Müdafiə Nazirliyi, Baş Qərargah İdarəsi, Milli Kəşfiyyat Agentliyi, Təhlükəsizlik Baş İdarəsi və İzmir Təhlükəsizlik İdarəsinin birgə səyləri nəticəsində keçirilib.

Hazırda daha 162 şübhəlinin axtarışı davam edir.