ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 80716 nəfər olub.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 1265 nəfər koronavirusdan vəfat edib, bununla da ABŞ-da indiyədək bu infeksiyaya yoluxaraq ölənlərin sayı 548089 nəfərə çatıb.

Ölkədə indiyədək 30 milyondan çox insan koronavirusa yoluxub.