İranda son sutka ərzində 8 120 nəfərdə koronavirus aşkarlanıb, 85 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 846 923-ə, virus qurbanlarının sayı isə 62 308-ə yüksəlib. İndiyədək 1 585 114 xəstə sağalıb.

Ölkədə 199 501 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3 921-nin vəziyyəti ağır qiymətləndirilir.