Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binasının dağılması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı 30 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, məlumatı TASS yayıb.

Hadisə əhalinin sıx yaşadığı Qisr-əs-Süyes rayonunda gecə saatlarında baş verib. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.