Myanmada hökumət əleyhinə davam edən etirazlar zamanı 50 nəfər öldürülüb.

Unikal.org xəbər verir ki, ölüm halları paytaxt Yanqon, Baqo, Mandalay və ətraf şəhərlərdə qeydə alınıb.

Fevralın əvvəlindən etibarən aksiyalarda öldürülən insanların sayı 370 nəfəri keçib.

Qeyd edək ki, fevralın 1-də Myanmada hərbi çevriliş baş vermiş, bir sıra dövlət rəsmiəri həbs olunmuşdu.