Rusiyada son sutkada daha 8 885 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 510 744 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 387 nəfər artaraq 97 404-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 130 498 nəfər sağalıb.