Ermənistanda son sutkada 1094 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 189540 nəfərə çatıb.

Son sutka ərzində 16 nəfər koronavirusdan ölüb və bununla da virusdan indiyədək ölənlərin sayı 3434 nəfərə çatıb.

İndiyədək ölkədə xəstəlikdən 170903 nəfər sağalıb, 14306 nəfərin müalicəsi davam edir.