2020-ci illə müqayisədə bu il dünya iqtisadiyyatında 4,7 faizlik artım ola bilər.

Unikal.org xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Cenevrədə dərc olunan məruzəsində deyilir.

Sənəd müəlliflərinin sözlərinə görə, artım vaksinasiyada irəliləyişin qeydə alındığı və iqtisadiyyatın stimullaşdırılması üçün 1,9 trilyon dollarlıq tədbirlər paketinin elan olunduğu Birləşmiş Ştatların sürətli bərpası ilə izah edilir.

Bununla yanaşı, ekspertlərin hesablamalarına görə, 2021-ci ildə dünya iqtisadiyyatı koronavirus pandemiyasından öncə dünyadakı inkişaf tendensiyasının zəifləməsi səbəbindən təxminən 10 trilyon dollar itirib.