Yanvar-fevral aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 1 milyard 493,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a bildirilib ki, iki ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 333,2 milyon dollar olub. Bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 16 milyon dollar azdır.