“Azərbaycanda “cehiz faizi” deyilən yüksək faizli istehlak kreditləri ailə quranların faciəsinə çevrilib”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur: “Mərkəzi Bankın sədri iddia edir ki, Bankın yeni binasının tikintisi üçün elan edilən tenderin nəticəsi məlum olub. Anormal bank sistemimizdə islahatlara ehtiyac var. Vətəndaş-bank sistemi bataqlıqdadır. “Bank haqqında” qanun yenidən qəbul edilməlidir”.