İndoneziya "AstraZeneca"nın vaksinlərini ölkədə qeydiyyata alınması prosedurunu tamamlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Qida və Dərman Agentliyi qeydiyyatı təsdiqləyib.

Bununla ölkədəki vaksinasiya prosesində bu vaksinlərdən istifadəyə icazə verilib.

Qeyd edək ki, "Sinovac" və "BioNTech" vaksinləri də İndoneziyada qeydiyyata alınıb.