Müğənni Manizha Avroviziya-2021 mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, o, “Russian woman” mahnısını oxuyacaq.
Müğənni xüsusi şouda səsvermə yolu ilə seçilib. İddiaçılar arasında Manizha, #2Mashi və Therr Maitz yer alıb.
Qeyd edək ki, müsabiqə oflayn-formatda keçiriləcək.