Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.

Unikal.org xəbər verir ki, hadisə Xocalı prospektində qeydə alınıb. Belə ki, sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın səkilərinə çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır. (report)