Avstriyada koronavirusun "Braziliya ştammı" aşkarlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Zaltsburq şəhərində yeni növ koronavirus infeksiyasının Braziliya mutasiyasına yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, Avstriyada həmçinin koronavirusun CAR və Böyük Britaniya mutasiyalarına rast gəlinib.