Türkiyəli məşhur komediya ustası Cem Yılmazın evi yanıb.

Unikal.org xəbər verir ki, hadisə Leventdə ərazsində qeydə alınıb. Belə ki, aktyorun mənzilinin zirzəmisində olan generatorda naqillərdən biri alışaraq yanıb. Daha sonra alovun əhatə dairəsi genişlənib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Onlar qısa zamanda alovun qarşısını ala biliblər.