"Sen çal kapımı" serialının aktyoru Kerem Bürsinlə bağlı həqiqət ortaya çıxıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bürsinin aktyorluq sənətini seçməsəydi, tamamilə başqa bir sahədə çalışacağı məlum olub.

O, Yeni Zelandiyaya köçüb, dülgərliklə məşğul olmağı planlaşdırıb. Lakin sonra fikrindən daşınıb və aktyor olmaq qərarına gəlib.

Kerem Türkiyə ilə yanaşı, Şotlandiya, Birləşmiş Ərəbə Əmirlikləri, Malayziya və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə də yaşayıb.