Azərbaycan ordusu 44 günlük müharibə zamanı otuz il düşmən işğalı altında olan toraqlarımızı azad etdi. Milli tariximizin son iki yüz ildən artıq müddətində bizim belə möhtəşəm qələbəmiz olmamışdı. Milli ordumuz Ali Baş Komandan tərəfindən onlara verilən tapşırığı ləyaqətlə və şərəflə yerinə yetirdilər. Əsas məqsədimiz ölkənin ərazi bütövlüyünu bərpa etmək idi. Ordumuz düşmənin ordusunu darmadağın edərək bu hədəfə çatdı. 

Uzunmüddətli danışıqlar heç bir nəticə vermədi. Hər kəs bizi inandırmağa çalışırdı ki, münaqişənin hərbi variantı yoxdur və ya bu mümkün deyildir. Lakin hər dəfədə də Azərbaycan Respubllikasının Prezidenti İlham Əliyev bildirirdi ki, biz lazım gələndə güc yolu uilə torpaqlarımızı azad edəcəyik. Qalib ordumuz qan tökdü, şəhidlər verdi, lakin torpağımızı azad etdi. Döyüş meydanında düşmənə bundan sonra onillərlə yadından çıxara bilməyəcəyi bir hərb dərsi verdik.
Ordumuzun əsgərləri öz qanları ilə bir qəhrəmanlıq tarixi yazdılar və bu şərəfli tarixin memarı Ali Baş Komandan oldu. Ölkəmizin xüsusi təyinatlı qüvvələri və digər hərbi birləşmələrinin misilsiz qəhrəmanlığı, peşəkarlığı, şücaəti, fədakarlığı və düşmənin üzərinə qorxmadan getməsi nəticəsində, qısa bir zaman kəsiyində düşmən darmadağın oldu.

Qalib ordu adını təkcə milli tariximizə yazdırmadı, eyni zamanda dünya hərb tarixinə bir sıra yeniliklər gətirdi. Birincisi, dünya hərb tarixində çıxılması mümkün hesab edilməyən və heç bir başqa ordu tərəfindən həyata keçirilməyən döyüş taktikası seçildi. Düşmən gözləmədiyi yerdən vuruldu. Ikincisi, təxminən doxsan dərəcəlik bucaq altında olan qayalıqlardan qalxmaq üçün yüksək peşəkarlıq və hazırlıq tələb olunurdu ki, bizim ordu bu işindən öhdəsində ləyaqətlə gəldi.  Üçncüsü, Şuşa kimi bir qala-şəhəri kiçik silahlardan istifadə etməklə, əlbəyaxa küçə döyüşləri ilə aldı. Əsas məqsəd qədim tarixə malik olan bir şəhərin tikililərinə ziyan vurmamaq idi. Əsgərlərimiz canı və qanı bahasına bunu öhdəsində gəlməyi bacardılar. 
Azərbaycan ordusunun XXI əsr müharibəsinin aparılması taktikası hətta NATO üzvü olan dövlətlərin maraq daisinə belə düşdü. Dünyanın ən güclü ordusuna malik ABŞ hərbiçiləri uçan döyüş aparatları vasitəsilə dağlıq ərazidə ordumuzun apardığı döyüş təcrübəsindən yararlanmaq haqqında qərar qəbul etdilər. Müasir döyüş taktikamız çoxlarının diqqətini cəlb edib. Müharibənin gedişində ordumuz yeni təcürbə üsullarından da yararlana bildi və kifəyət qədər təcürbə topladı. Müəyyən çatışmazlıqların olmasına baxmayaraq, ordumuz onları aradan qaldırmağı bacardı və şərəfli bir qələbə qazandı.

Indiyə qədər irimiqyaslı bir müharibə təcürbəsi olmayan ordumuzun qələbəsində komandanlığın peşəkarlığı xüsusi rol oynadı. Məhz komandanlığın peşəkarlığı - kəşfiyyaın aparılması, artileriya hazırlığının həyata keçirilməsi, pilotsuz uçuş aparıtlarından yüksək peşəkarlıqla istifadə olunması, xüsusi təyinatlıların yüksək hazırlıq səviyyəsi, döyüşlər zamanı zabit heyətinin öndə olması, şəhidlərin və yaralıların düşmən əlinə keçməmçəsinə yüksək səviyyədə nail olunması və s. - ümumilikdə qələbəmizin təmin olunmasında əsas rol oynadı. Bütün bunlar hələlik bilinməsi mümkün olanlardır. Daha hansı məsələlərin əsas rol oynadığını gələcəkdə məxlifik götürüldüyü zaman biləcəyik.  

Müharibə zamanı bütün qoşun növlərinin birgə və ahəngdar fəaliyyət göstərdiyinin şahidi olduq. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri, müddətdən artıq xidmət edənləri və əsgərləri ilə çiyin-çiyinə, Dövlət Sərhəd xidmətinin xüsusi təyinatlıları və əsgərləri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlıət Təhlükəsizlik Ximəti və Əks Kəşfiyyyat Xidmətinin 
xüsusi təyinatlıları və Naxçıvanın xüsusi təyinatlı qüvvələri vuruşurdular. Ordu kopusları ərazilərin düşməndən azad edilməsində və mövqelərin əldə saxlanılmasında xüsusi rol oynadılar. Aviasiyadan və pilotsuz uçuş aparatlarından məharətlə istifadı olunması nəticəsində, canlı qüvvə itgimiz minimuma endirildi. 

Müharibənin gedişində pilotsuz uçuş aparatlanın tətbiqi, ordumuzun qələbə əldə etməsində xüsusi rolu olub. Belə ki, həmin aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Nümayiş olunan kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur.  Ona görə də 44 günlük müharibə bütün bu əməliyyatların kombinasiyası nəticəsində uğurla bizim qəlbəmizə səbəb oldu.
Komandanlığın uğurla hazırladığı strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biri olmuşdur. Düzgün planlaşdırma və taktiki gedişlər olmasaydı parlaq qələbənin qazanılması çətin olardı. Düşmən tərəfin otuz il ərzində hazırladığı istekam və digər hərbi təyinatlı qurğular, həmçinin yerli relyef şərtləri kifayət qədər çətuinliklər yaradırdı. Qalib Ordumuz bütün bu çətinliklıəri aşdı və Şuşa şəhərini azad etməklə bir milli dastan yazdılar. Xalqımız bu qələbənin qazanılmasında müstəsna rolu olan Ali Baş Kiomandan İlham Əliyevi və Müzəffər Ordumuzu heç zaman unutmayacaqdır.
 Qarabağ Azərbaycandır!  

Rəşid Məmmədov — Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri — Nərimanov rayonun fəal gənci