Latın Amerikası ölkəsi olan Paraqvayda hökumət əleyhinə genişmiqyaslı etirazlar baş qaldırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar zamanı etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar yaşanıb.

Paytaxt Asunson şəhərindəki qarşıdurma zamanı 1 etirazçı həyatını itirib. Həmçinin 18 etirazçının və 12 polisin xəarət aldığı bildirilib. Faktla bağlı araşdırmaların aparıldığı qeyd olunub.