"Moderna" şirkətinin istehsalı olan koronavirusa qarşı vaksinlərin Yaponiyada qeydiyyata alınması və istifadəsinə icazə üçün müraiət edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yerli dərman şirkətlərindən biri bunun üçün Yaponiyanın Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb.

Yaponiyanın "Moderna"dan 50 milyon dozalıq koronavirusa qarşı vaksin tədarük etdiyi nəzərə alınaraq klinik testlərin yekunlaşmasından sonra tezliklə bu vaksinlərin qeydiyyata alınacağı və istifadəsinə icazə veriləcəyi gözlənilir.