Gəncədə mikroavtobusla  minik maşını ilə toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

Unikal.org-un Qərb bölgəsi üzrə müxbiri xəbər verir ki, xəsarət alanlar 1974-cü il təvəllüdlü Akif Hüseynov, 1985-ci il təvəllüdlü Vasif  Hüseyn oğlu Mövsümov və 2004-cü il təvəllüdlü Ayxan Əliyevdir.

Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.

19:44

xxx

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.  

Unikal.org-un Qərb bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Belə ki, 11 nömrəli marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı mikroavtobus "Chevrolet" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xəsarət alanlar var.   Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli