Millət vəkili Novruz Aslanovölkədə epidemioloji-sanitar vəziyyəti nəzərə alaraq, deputat seçildiyi İsmayıllı rayon sakinlərinin xüsusi rejimli karantin dövründə ehtiyaclarının qarşılanması məqsədilə münasib vaxtlardarayona gedərək öz ofisində seçicilərini qəbul edir.

Unikal.org xəbər verir ki, mart ayının 4-də Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Sanitar tələblərə riayət olunaraq qəbula gələn hər bir sakin zərurət olduğu halda görüşdən öncə qoruyucu maskalarla təmin edilib.50-ə yaxın seçicinin iştirak etdiyi qəbulda qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Bəzi məsələlər yerindəcə həll edilib. Digər məsələlər qeydə alınaraq, əlaqədar qurumlara göndərilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, əhaliyə dəstək məqsədilə deputata müraciət edən rayon sakinlərinə ərzaq və qeyri-əqzaq yardımları edilir.