Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Koreya Respublikasından (Cənubi Koreya) olan həmkarı Çunq Euyonqla görüşüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu həmkarını nazir təyin olunması münasibətilə təbrik edib.

Görüş zamanı ikitərəfli münasibətlər, əməkdaşlıq perspektivləri və siyasi gündəm məsələləri müzakirə edilib.