Bu gün Gürcüstanda 3.2 bal gücündə zəlzələ baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 02:40-da qeydə alınan zəlzələnin episentri Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Kazbegi kəndindən 20 kilometr şərqdə yerləşib. Zəlzələnin dərinliyi 17 kilometr olub.