Əfqanıstanın Bədəxşan əyalətində baş verən qar uçqunu nəticəsində 14 nəfər həlak olub.

Unikal.org  xəbər verir ki, bu barədə Bədəxşan Valiliyinin sözçüsü Nik Məhəmməd Nəzəri deyib.

Onun sözlərinə görə, təbiət hadisəsi nəticəsində 4 nəfər də yaralanıb.

Uçqun altında qalanların olub-olmadığı məlum deyil, axtarışlar aparılır.