Bakıda itkin düşən 13 yaşlı qız polislər tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

DİN Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb və geri qayıtmaması barədə məlumat yayılıb.

Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində  A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.

Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər.