Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 116 milyon 220 min 912 nəfərə çatıb.

Unikal.org xəbər verir ki,   pandemiya qurbanlarının sayı 2 milyon 581 min 693 nəfərdir. İndiyədək 91 milyon 896 min 351 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 526 086 nəfər virusa yoluxub, 533 636 pasiyent dünyasını dəyişib.